EN

İsrailin Livana hücumları davam edir: İtkilərin sayı artır

İsrail ordusunun gecə saatlarından bəri Livanın cənubuna hücumları nəticəsində 13 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Livanın cənubunda hücumlarını davam etdirir.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri gecə saatlarından ölkənin cənubundakı Qədmus, Mahmudiyyə, Qalileh, Ənsariye, Khirbet Duveyr, Məcədil və Cibaa şəhərlərini hədəfə alıb.

Kadmusdakı hücumda 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Ənsariyyədəki hücumda isə 5 nəfər həyatını itirib.

Cibaa şəhərində bir evə edilən hücumda eyni ailənin dörd üzvü öldürülüb. İsrail ordusu Hanin şəhərindəki bəzi evləri dağıdıb və Bint Jbeil rayonu ətrafında artilleriya atəşi açıb.

Bu arada, İsrail ordusu Beyrut-Sidon magistral yolunda iki nəqliyyat vasitəsinə hava hücumu həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
9
1
turkustan.az

2Sources