EN

Rusiyanın milyardları uğrunda savaş: Aİ G7-dən tələb etdi

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya vəd edilən 50 milyard dollarlıq kredit proqramının icrasını sürətləndirmək üçün "Böyük Yeddilik" (G7) ölkələrinə təzyiqi artırır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Euractiv" nəşri Aİ rəsmilərinə istinadən məlumat yayıb.

Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bu həftə Vaşinqtonda Yaponiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşərək ERA (Ukrayna üçün Gəlirlərin Sürətləndirilməsi) proqramı çərçivəsində ödənişlərin dərhal həyata keçirilməsini tələb edəcək.

Bildirilir ki, Avropa İttifaqı öz payına düşən öhdəliyi artıq tam yerinə yetirib. Lakin G7 ölkələri vəd edilən məbləğin təxminən 8,2 milyard dollarını hələ də Ukraynaya təqdim etməyib.

Dombrovskisin BVF və Dünya Bankının bahar toplantıları çərçivəsində bu gün və sabah həm G7 nazirləri, həm də Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə ciddi danışıqlar aparacağı gözlənilir.

Chosen
22
publika.az

1Sources