EN

Deputat: “Azərbaycan hökumətinin Afrika ölkələri ilə münasibətlərini yalnız radikal müxalifət tənqid edər”

“Azərbaycan hökumətinin Afrika ölkələri ilə münasibətlərini yalnız radikal müxalifət tənqid edər. Azərbaycanda konstruktiv, parlament, sağlam müxalifət də var. Əksinə, hər bir ölkə çalışır ki, onun dostluq, əməkdaşlıq etdiyi dövlətlərin sırası böyük olsun. Azərbaycanın neft-qaz sektorunda böyük təcrübəsi var və Afrika ölkələri ilə bunu bölüşə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycan az və ya çox formada Afrika ölkələrinin iqtisadiyyatına investisiya qoya bilər: “Bildiyiniz kimi, Afrika təbii sərvətlərlə zəngindir. Prinsip etibarilə Azərbaycanın investisiya yönəltməsi ilə hər iki ölkə qazana bilər. Digər tərəfdən Afrika ölkələrində təhsil müəssisələri aça, humanitar əməkdaşlıq edə, afrikalı tələbələrin Azərbaycan universitetlərində təhsil almaları üçün şərait yarada bilərik. O ölkələrlə hərbi-texniki əməkdaşlıq da nəzərdə tutulur. Azərbaycanın inkişaf edən müdafiə sənayesi sektoru var. Çox təəssüf ki, dövlətçilik, beynəlxalq əməkdaşlıq barəsində elə də böyük təsəvvürü olmayan insanlar belə perspektivli əməkdaşlığı şübhə altına qoyurlar”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Aprel 2026, 14:21   
Chosen
18
pravda.az

1Sources