Bakı. Trend:
Regionda sahibkarlıq fəaliyyətinin təşviqi, biznesingenişləndirilməsi üçün dövlətin dəstək mexanizmləri barədəməlumatlandırmaq və bölgə sahibkarlarının ehtiyac və təkliflərininöyrənilməsi məqsədilə Oğuz rayonunda sahibkarlarla görüş keçirilib.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığıvə Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdəkənd təsərrüfatı, tikinti, ictimai iaşə, turizm və s. sahələrdəfəaliyyət göstərən 50-yə yaxın sahibkar, eləcə də dövlətqurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə sahibkarlarla regionun sosial-iqtisadi inkişafına,biznes mühitinə və sahibkarlığın inkişaf perspektivlərinə dairfikir mübadiləsi aparılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov vəKOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıqfəaliyyəti və mövcud biznes imkanlarının reallaşdırılması üçündövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki,kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsi,sahələrarası əməkdaşlığın gücləndirilməsi, logistika və xidmətinfrastrukturunun inkişafı, sahibkarların kooperasiya imkanlarındanyararlanması və biznesdə rəqəmsal alətlərdən səmərəli istifadəolunması regionda iqtisadi aktivliyi artıra bilər. Eyni zamandarayonun təbii üstünlükləri əsasında aqroturizmin inkişafı və dövlətdəstək mexanizmlərindən daha fəal istifadə olunması bölgədəsahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəkdir.
Görüşdə sahibkarlarla əsasən tikinti materiallarının və təbiimineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük,infrastrukturun təmirinə dəstək kimi istiqamətlərdə müzakirələraparılıb, fikir və təklifləri dinlənilib, suallarıcavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Oğuz rayonunun Padar kəndindəyerləşən mebel istehsalı müəssisəsində olublar. Müəssisəninfəaliyyəti ilə tanışlıq çərçivəsində sahibkarlarla biznesininkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün dövlətdəstəyinə dair müzakirələr aparılıb.