EN

Hava nəqliyyatı ilə yükdaşımalara maraq niyə azalır?

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmasında artım olsa da, yükdaşımalarda nədənsə əks proses gedir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk üç ayında Azərbaycandan hava nəqliyyatı ilə 912,6 min və ya əvvəlki ilə nisbətən 5,5% çox sərnişin daşınıb.

Amma hesabat dövründə bu nəqliyyat vasitəsilə yükdaşıma 11,4 faiz azalaraq 82 min ton olub.

Xatırladaq ki, 2025-ci ildə də hava nəqliyyatı ilə yükdaşımalarda əvvəlki illə müqayisədə 6,6 faiz azalma olmuşdu.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Bakupost.az-a bildirib ki, belə vəziyyətin yaranmasının əsas səbəbi Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımanın o qədər də səmərəli olmamasıdır:

“Çünki Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma qiymətləri yüksəkdir. Ona görə də ölkəmizdə avtomobil və dəmiryolu ilə yükdaşıma daha cəlbedicidir. Dəhlizlər məsələsinin aktuallaşması və bu fonda daha əlverişli imkanların yaranması, rüsumlarla bağlı optimallaşdırma siyasəti məhz həmin istiqamətlər üzrə konyukturu əlverişli edir. Ona görə də biznes yükdaşımalarda hava nəqliyyatına deyil, alternativ nəqliyyatlara üstünlük verir”.

İqtisadçı prosesə texniki azalmaların təsir edə biləcəyini də istisna etmədi:

“Yükdaşıma idxalçı şirkətlərin fəaliyyəti fonunda formalaşır. Ehtiyatlarla bağlı şirkətlərin qərarı, yerli istehlakın azalması meylləri də idxalı azaldır. Son dövrlər idxalda 37 faizlik azalma var”.

Həmsöhbətimizin fikrincə, hava nəqliyyatı ilə bağlı yükdaşımalarla bağlı yaranmış vəziyyətdə geosiyasi konyukturun da rolu olub:

“Türkiyə bazarı yüksək inflyasiya fonunda qiymət baxımından artıq Azərbaycan üçün rəqabətliliyini itirib. Nəticədə bu bazardan idxal ciddi şəkildə azalıb”.

R. Həsənov qeyd edir ki, prosesə alternativ hava yolu şirkətləri ilə yükdaşımanın da təsiri ola bilər:

“Statistika Komitəsi adətən Milli Hava Yolları şirkətinin yükdaşıması ilə bağlı məlumatları açıqlayır. Digər ölkələrin rezidenti olan hava yolları şirtklətləri ola bilsin daha sərfəli qiymətlər təklif edir”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
www.bakupost.az

1Sources