EN

Qazaxıstan Prezidenti Cevdet Yılmazla görüşüb

BAKI, 15 aprel. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk dəfə ölkəsinə səfər edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı görüşdə Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı və qardaşı olduğunu bildirib.

“Qardaşlığımız qarşılıqlı etimad və hörmətə əsaslanır. Diplomatik münasibətlərin qurulmasından keçən təxminən 35 il ərzində bir çox nailiyyətlərə imza atmışıq. Münasibətlərimiz sürətlə inkişaf edir. Aramızda heç bir problem yoxdur. Mayın 14-də Prezident Rəcəb Tayyib Ərdoğan ölkəmizə dövlət səfəri edəcək. Səfər çərçivəsində Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək. Yeni müqavilələr imzalayacağıq”, - Tokayev qeyd edib.

Chosen
32
1
teleqraf.com

3Sources