EN

Flik PSJ-nin ulduzunu istəyir

Portuqaliya millisinin və Fransanın PSJ klubunun cinah müdafiəçisi Nunu Mendes karyerasını La Liqanın top-klublarından birində davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Ulduz futbolçunun transferində “Barselona” maraqlıdır. 23 yaşlı futbolçunun alınmasında “göy-qırmızılar”ın baş məşqçisi Hans-Diter Flik şəxsən israr edir. Mütəxəssis klub rəhbərliyinə Mendesin transfer olunması xahişi ilə müraciət edib.

"Transfermarkt" portalının mütəxəssislərinin qiymətləndirməsinə görə, portuqaliyalı müdafiəçinin bazar dəyəri 75 milyon avro təşkil edir. Futbolçu ilə Paris təmsilçisi arasındakı mövcud müqavilə 2029-cu ilin iyun ayının sonunda başa çatır.

Chosen
11
publika.az

1Sources