
TƏBİB-in sabiq sədri Vüqar Qurbanov qurumun yeni icraçı direktoru Anar Bayramovu təbrik edib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
V.Qurbanov TƏBİB-in rəsmi səhifəsində yerləşdirilən təyinat xəbərinə “Xeyirli olsun” şərhini yazaraq yeni rəhbərə uğurlar arzulayıb.
Qeyd edək ki, Vüqar Qurbanov bu ilin fevralında vəzifəsindən azad olunmuşdu. Ötən gün TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Bayramov onu bu vəzifədə əvəz edib.
![]()