AZ

Vüqar Qurbanov TƏBİB-in yeni sədrini təbrik etdi

Vüqar Qurbanov TƏBİB-in yeni sədrini təbrik etdi

TƏBİB-in sabiq sədri Vüqar Qurbanov qurumun yeni icraçı direktoru Anar Bayramovu təbrik edib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

V.Qurbanov TƏBİB-in rəsmi səhifəsində yerləşdirilən təyinat xəbərinə “Xeyirli olsun” şərhini yazaraq yeni rəhbərə uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar Qurbanov bu ilin fevralında vəzifəsindən azad olunmuşdu. Ötən gün TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Bayramov onu bu vəzifədə əvəz edib.

Seçilən
13
2
afn.az

10Mənbələr