EN

“AzerGold”da fövqəladə hallarda davranış qaydalarına dair tədbir keçirilib FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hadisələr zamanı davranış qaydaları və xilasetmə işləri” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.“AzerGold”dan Demokrat.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazırlığın artırılması, bədbəxt hadisələrin qarşısının alınması və kollektivin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasıdır.Təlim zamanı FHN-in mütəxəssisləri tərəfindən zəlzələ anında təhlükəsiz davranış qaydaları, dəm qazından qorunma üsulları və yanğından mühafizə kimi vacib mövzular ətrafında geniş çıxışlar edilib.Tədbirdə xilasedicilərin istifadə etdiyi müxtəlif növ fərdi mühafizə vasitələri əməkdaşlara nümayiş etdirilib, həmçinin onlardan ekstremal şəraitdə istifadə qaydaları barədə əyani məlumat verilib. Eyni zamanda, iştirakçılara ilkin xilasetmə vərdişləri və zərərçəkmişlərə kömək göstərilməsi yolları izah olunub.İnteraktiv formatda davam edən tədbirdə FHN əməkdaşları tərəfindən işçiləri maraqlandıran suallar cavablandırılıb.Tədbirin praktiki hissəsində isə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş binada insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, təlim planına uyğun olaraq binada qalmış əməkdaşlar xilas edilib.Qeyd edək ki, “AzerGold” QSC əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarına uyğun olaraq, işçi heyətinin maarifləndirilməsi istiqamətində bu növ tədbirlərin mütəmadi keçirilməsini təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
7
demokrat.az

8Sources