Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib. Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər isə vəfat edib.Hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.
Qeyd edək ki, ötən gün də Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb.
İlahə Qənbərli
Missiya.Az