AZ

Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölənlər və yaralananlar var - FOTO/VİDEO -YENİLƏNİB

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbə silahlı hücum edilib.

Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə nəticəsində 1 müəllim və 3 şagird də daxil olmaqla 4 nəfər həlak olub, 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.

15:22

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər isə vəfat edib.Hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.

Qeyd edək ki, ötən gün də Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
0
1
missiya.az

2Mənbələr