
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbə silahlı hücum edilib.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə nəticəsində 1 müəllim və 3 şagird də daxil olmaqla 4 nəfər həlak olub, 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.
15:22
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.
Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər isə vəfat edib.Hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.
Qeyd edək ki, ötən gün də Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb.
İlahə Qənbərli
Missiya.Az
