EN

Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank 2026-cı ilin I rübündə əsas maliyyəgöstəriciləri üzrə artımı davam etdirərək, maliyyə dayanıqlığınımöhkəmləndirib, rəqəmsal xidmətlərini genişləndirib və müştəribazasını artırıb.

Maliyyə göstəriciləri: artım dinamikası davamedir

01 aprel 2026-cı il tarixinə Bankın aktivləri 2,2milyard manata çatıb. Müqayisə üçün, ötən ilin eynidövründə bu göstərici 1,9 milyard manat təşkiledirdi. Kredit portfeli 814,7 milyon manatayüksələrək illik müqayisədə 8 milyon manat artıb.

Hesabat dövründə Bankın maliyyə nəticələri də müsbət dinamikanümayiş etdirib. Belə ki, cəmi gəlirlər 14% artaraq 46,6 milyonmanat olub, xərclər isə 42 milyon manat təşkil edib.

Nəticədə Bank 4,5 milyon manat xalis mənfəətəldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə19% artım deməkdir. Daha diqqətçəkən məqam isəxalis mənfəətin I rübdə ötən ilin orta rüblükgöstəricisindən 1.8 dəfə yüksək olmasıdır ki, bu dagəlirliyin artım tempinin sürətləndiyini göstərir.

Faiz gəlirləri 12,5% artaraq 36,3 milyon manata, qeyri-faizgəlirləri isə 20,6% yüksələrək 10,2 milyon manata çatıb.

Əhali tərəfindən Banka qoyulan əmanətlərin həcmi ötən illəmüqayisədə 4,5% artaraq 213 milyonmanat olmuşdur. Ümumilikdə depozit portfelinin həcmi13% artaraq 1,5 milyard manattəşkil etmişdir.

Kapital mövqeyi güclənir və dayanıqlılıqartır

2026-cı ilin ilk rübündə Bank demək olar ki, bütün əsasgöstəricilər üzrə artım əldə edib. Bu dinamika Bankın maliyyədayanıqlığını daha da gücləndirib.

Hesabat dövründə məcmu kapital 115,8 milyon manat təşkil edibki, bu da illik müqayisədə 12,3 milyon manat və ya 12% artımdeməkdir. Kapitalın artımı Bankın gələcək inkişafını dəstəkləyənmühüm baza kimi çıxış edir və potensial risklərə qarşıdayanıqlılığı artırır.

Rəqəmsal inkişaf və müştəri bazasındagenişlənmə

Azər Türk Bank rəqəmsal xidmətlərin inkişafını davam etdirərəkmüştəri təcrübəsini daha da yaxşılaşdırır.

Bankın “atb360” mobil tətbiqi yenifunksiyalarla zənginləşdirilib və istifadəçi sayı artım trendiniqoruyur. Ötən ilin analoji dövrü ilə müqayisədə mobil bankçılıqistifadəçilərinin sayı 18,4% artıb. Aktiv plastik kartların sayıisə illik müqayisədə 10,6% artıb.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan“ATB Business Mobile” tətbiqi biznesəməliyyatlarını daha sürətli və rahat edib. Eyni zamanda MüştəriƏlaqələri Mərkəzi ilin ilk üç ayında 7/24 rejimində 96 856müraciəti operativ şəkildə cavablandırıb.

Sahibkarlar üçün yeni imkanlar: E-POS və E-ticarətxidmətləri

Azər Türk Bank sahibkarlara kartlarla aparılan ödənişlərinqəbulu üçün müasir ekvayrinq xidmətlərini, o cümlədən E-POS virtualödəniş qəbul terminalını təqdim etməkdə davam edir.

E-POS virtual terminalı vasitəsilə bizneslərkart ödənişlərini onlayn şəkildə asanlıqla qəbul edə bilirlər. Buxidmət ənənəvi e-ticarət həllərinə daha sadə alternativ təqdim edirvə xüsusilə sosial şəbəkələr üzərindən satış edən sahibkarlar üçünəlavə imkanlar yaradır. Sahibkarlar üçün əlavə üstünlük ondanibarətdir ki, ödənişlərin qəbulu üçün ayrıca internet saytınyaradılması tələb olunmur.

E-POS xidmətinə qoşulan sahibkarlar müştərilərinə istənilənsayda ödəniş linki yarada və göndərə bilirlər. Alıcılar isə Banktərəfindən təqdim edilən link vasitəsilə istənilən bank kartı iləödənişi rahat şəkildə həyata keçirirlər.

Sahibkarlar “ATB Business” platformasıvasitəsilə bütün əməliyyatların statusuna nəzarət edə, hesabatlarəldə edə və əlavə üstünlüklərdən, o cümlədən cashback imkanlarındanfaydalana bilirlər. Bütün əməliyyatlar “3D Secure” təhlükəsizlikprotokolu ilə qorunur.

Xidmətə qoşulma ödənişsizdir və sahibkarlar Bankın rəsmiinternet səhifəsi vasitəsilə onlayn müraciət edə bilərlər. Hesabaçıldıqdan sonra Bank əməkdaşları tərəfindən müştərinin ünvanındailkin qeydiyyat prosesinə dəstək göstərilir.

Azər Türk Bank həmçinin dünya üzrə 500 milyondan çox tərəfdaşşəbəkəsinə malik olan Visa CyberSource e-ticarətplatformasının ölkədə ilk tərəfdaş bankıdır və bu platformavasitəsilə bizneslərə təhlükəsiz, sürətli və fasiləsiz ödənişqəbulu imkanı yaradır.

Əlavə xidmətlər: yararsız valyuta əsginaslarınınqəbulu

Azər Türk Bank yararsız xarici valyuta əsginaslarının (USD, EUR,GBP, CHF) qəbulu, ekspertizası, dəyişdirilməsi və əvəzininödənilməsi xidmətini davam etdirir. Müştərilər bu xidmətdən BankınBaş ofisində yerləşən Müştəri Xidmətləri Mərkəzində yararlanabilərlər.

Bank haqqında

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-ninsəhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur (51%-i SOCARvasitəsilə). Qalan səhmlər “AzRe Təkrarsığorta” ASC, “Qala HəyatSığorta Şirkəti” ASC, “T.C. Ziraat Bankası” AŞ və “Ziraat BankInternational” AG arasında bölüşdürülüb.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000945, yaxud 945 nömrəli Çağrı Mərkəzindənəldə edə bilərsiniz.

Məqalədə:
Chosen
10
6
az.trend.az

7Sources