AZ

"Azər Türk Bank"ınxalis mənfəəti 19 faizə yaxın artıb

Dövlət bankı "Azər Türk Bank"ın 2026-cı ilin 1-ci rübü üzrə (yanvar-mart) maliyyə göstəriciləri açıqlanıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, 01 aprel 2026-cı il tarixinə Bankın aktivləri 2,2 milyard manata çatıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1,9 milyard manat təşkil edirdi. Kredit portfeli 814,7 milyon manata yüksələrək illik müqayisədə 8 milyon manat artıb.

Qeyd edilib ki, hesabat dövründə Bankın maliyyə nəticələri də müsbət dinamika nümayiş etdirib. Belə ki, cəmi gəlirlər 14% artaraq 46,6 milyon manat olub, xərclər isə 42 milyon manat təşkil edib.

Nəticədə Bank 4,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım deməkdir. Daha diqqətçəkən məqam isə xalis mənfəətin I rübdə ötən ilin orta rüblük göstəricisindən 1.8 dəfə yüksək olmasıdır ki, bu da gəlirliyin artım tempinin sürətləndiyini göstərir.

Faiz gəlirləri 12,5% artaraq 36,3 milyon manata, qeyri-faiz gəlirləri isə 20,6% yüksələrək 10,2 milyon manata çatıb.

Əhali tərəfindən Banka qoyulan əmanətlərin həcmi ötən illə müqayisədə 4,5% artaraq 213 milyon manat olmuşdur. Ümumilikdə depozit portfelinin həcmi 13% artaraq 1,5 milyard manat təşkil etmişdir.

Kapital mövqeyi güclənir və dayanıqlılıq artır

Press-relizdə bildirilir ki, 2026-cı ilin ilk rübündə Bank demək olar ki, bütün əsas göstəricilər üzrə artım əldə edib. Bu dinamika Bankın maliyyə dayanıqlığını daha da gücləndirib.

Hesabat dövründə məcmu kapital 115,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,3 milyon manat və ya 12% artım deməkdir. Kapitalın artımı Bankın gələcək inkişafını dəstəkləyən mühüm baza kimi çıxış edir və potensial risklərə qarşı dayanıqlılığı artırır.

Rəqəmsal inkişaf və müştəri bazasında genişlənmə

Azər Türk Bank rəqəmsal xidmətlərin inkişafını davam etdirərək müştəri təcrübəsini daha da yaxşılaşdırır.

Bankın “atb360” mobil tətbiqi yeni funksiyalarla zənginləşdirilib və istifadəçi sayı artım trendini qoruyur. Ötən ilin analoji dövrü ilə müqayisədə mobil bankçılıq istifadəçilərinin sayı 18,4% artıb. Aktiv plastik kartların sayı isə illik müqayisədə 10,6% artıb.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan “ATB Business Mobile” tətbiqi biznes əməliyyatlarını daha sürətli və rahat edib. Eyni zamanda Müştəri Əlaqələri Mərkəzi ilin ilk üç ayında 7/24 rejimində 96 856 müraciəti operativ şəkildə cavablandırıb.

Sahibkarlar üçün yeni imkanlar: E-POS və E-ticarət xidmətləri

Azər Türk Bank sahibkarlara kartlarla aparılan ödənişlərin qəbulu üçün müasir ekvayrinq xidmətlərini, o cümlədən E-POS virtual ödəniş qəbul terminalını təqdim etməkdə davam edir.

E-POS virtual terminalı vasitəsilə bizneslər kart ödənişlərini onlayn şəkildə asanlıqla qəbul edə bilirlər. Bu xidmət ənənəvi e-ticarət həllərinə daha sadə alternativ təqdim edir və xüsusilə sosial şəbəkələr üzərindən satış edən sahibkarlar üçün əlavə imkanlar yaradır. Sahibkarlar üçün əlavə üstünlük ondan ibarətdir ki, ödənişlərin qəbulu üçün ayrıca internet saytın yaradılması tələb olunmur.

E-POS xidmətinə qoşulan sahibkarlar müştərilərinə istənilən sayda ödəniş linki yarada və göndərə bilirlər. Alıcılar isə Bank tərəfindən təqdim edilən link vasitəsilə istənilən bank kartı ilə ödənişi rahat şəkildə həyata keçirirlər.

Sahibkarlar “ATB Business” platforması vasitəsilə bütün əməliyyatların statusuna nəzarət edə, hesabatlar əldə edə və əlavə üstünlüklərdən, o cümlədən cashback imkanlarından faydalana bilirlər. Bütün əməliyyatlar “3D Secure” təhlükəsizlik protokolu ilə qorunur.

Xidmətə qoşulma ödənişsizdir və sahibkarlar Bankın rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət edə bilərlər. Hesab açıldıqdan sonra Bank əməkdaşları tərəfindən müştərinin ünvanında ilkin qeydiyyat prosesinə dəstək göstərilir.

Azər Türk Bank həmçinin dünya üzrə 500 milyondan çox tərəfdaş şəbəkəsinə malik olan Visa CyberSource e-ticarət platformasının ölkədə ilk tərəfdaş bankıdır və bu platforma vasitəsilə bizneslərə təhlükəsiz, sürətli və fasiləsiz ödəniş qəbulu imkanı yaradır.

Əlavə xidmətlər: yararsız valyuta əsginaslarının qəbulu

Azər Türk Bank yararsız xarici valyuta əsginaslarının (USD, EUR, GBP, CHF) qəbulu, ekspertizası, dəyişdirilməsi və əvəzinin ödənilməsi xidmətini davam etdirir. Müştərilər bu xidmətdən Bankın Baş ofisində yerləşən Müştəri Xidmətləri Mərkəzində yararlana bilərlər.

Bank haqqında

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur (51%-i SOCAR vasitəsilə). Qalan səhmlər “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat Sığorta Şirkəti” ASC, “T.C. Ziraat Bankası” AŞ və “Ziraat Bank International” AG arasında bölüşdürülüb.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Seçilən
0
6
marja.az

7Mənbələr