EN

Britaniya Ukraynaya rekord sayda dron tədarük edəcək

Bakı, 15 aprel, AZƏRTAC

Böyük Britaniya 2026-cı ildə Ukraynaya 120 min pilotsuz uçuş aparatı tədarük edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı açıqlamada bildirilib.

Bəyanatda deyilir: “Böyük Britaniya tərəfindən indiyə qədər təqdim edilən ən böyük yeni paketə minlərlə uzaqmənzilli zərbə dronları, kəşfiyyat və müşahidə dronları, logistika dronları və dəniz aktivləri daxil olacaq ki, bunların hamısı artıq Ukraynada cəbhə xəttində döyüş sınaqlarından keçirilib”. London əlavə edib ki, yeni dronların tədarükünə aprel ayında başlanılıb.

Böyük Britaniya hökuməti vurğulayıb ki, bu silahların Böyük Britaniyada yerləşən “Tekever”, “Windracers” və “Malloy Aeronautics” müəssisələrində istehsalı yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

Qeyd olunub ki, Ukrayna üçün PUA istehsalı bu il nəzərdə tutulan 3 milyard funt sterlinq (4 milyard dollar) dəyərində yardım paketinə daxildir.

Chosen
28
3
azertag.az

4Sources