EN

Dövlət Proqramına müraciətlə bağlı mühüm DETAL

“Namizədlər ən çox müraciət zamanı sənədlərin düzgün hazırlanması və təqdim olunması mərhələsində çətinlik çəkirlər”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin canlı yayımında qonaq olarkən qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə namizədlər yalnız Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş siyahıda yer alan universitetlərə müraciət etməlidirlər:

“Bu siyahı 33 ölkəni və 230-dan çox ali təhsil müəssisəsini əhatə edir. Namizəd həmin universitetlərdən hər hansı birindən və ya bir neçəsindən qəbul alsa belə, Dövlət Proqramına yalnız bir proqram üzrə müraciət edə bilər. Müraciətin əsas şərtlərindən biri rəsmi qəbul sənədinin təqdim olunmasıdır. Bu sənəd mütləq qaydada universitet tərəfindən təsdiqlənmiş, möhürlü və zəruri hallarda QR kodlu olmalıdır. Namizədlər məhz bu sənəd əsasında müraciətlərini həyata keçirməlidirlər”.

Layihə rəhbəri əlavə edib ki, sənədlərin düzgün tərtib olunmaması və ya qaydalara uyğun təqdim edilməməsi ciddi problemlərə səbəb olur:

“Xüsusilə saxtakarlıq hallarına qarşı ciddi nəzarət həyata keçirilir. Əgər təqdim edilən sənədlərdə hər hansı uyğunsuzluq və ya bilərəkdən edilmiş saxtalaşdırma aşkarlanarsa, namizəd dərhal proqramdan kənarlaşdırılır.

Namizədlər müraciət zamanı bütün tələbləri diqqətlə oxumalı, sənədləri düzgün və tam şəkildə təqdim etməli və yalnız rəsmi mənbələrə əsaslanmalıdırlar. Bu, uğurlu nəticə əldə etmək üçün əsas şərtlərdən biri hesab olunur”.

Chosen
38
azedu.az

1Sources