EN

Kahramanmaraşda məktəbə silahlı hücum olub - yaralılar var/Yenilənib

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə silahlı hücum nəticəsində 4 nəfər, o cümlədən müəllim və şagirdlər ölüb.

***

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə silah səsləri eşidilib, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Kahramanmaraş-ın Onikişubat rayonunda yerləşən Ayşel Çalık Ortaokulunda silah səsləri eşidildikdən sonra əraziyə polis və təcili yardım qüvvələri cəlb olunub.

Ilkin açıqlamada itki olduğu qeyd olunur.  

Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları məktəb ərazisində əməliyyat-istintaq tədbirlərini davam etdirir.

Bir gün əvvəl Türkiyənin Şanlıurfa şəhərində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində 1o şagird olmaqla 16 nəfər yaralanıb. 

Gülnar 

Chosen
17
3
anews.az

4Sources