Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
***
Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə silah səsləri eşidilib, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Kahramanmaraş-ın Onikişubat rayonunda yerləşən Ayşel Çalık Ortaokulunda silah səsləri eşidildikdən sonra əraziyə polis və təcili yardım qüvvələri cəlb olunub.
Ilkin açıqlamada itki olduğu qeyd olunur.
Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları məktəb ərazisində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Bir gün əvvəl Türkiyənin Şanlıurfa şəhərində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində 1o şagird olmaqla 16 nəfər yaralanıb.
Gülnar