Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Ermənistanda parlament seçkiləri ərəfəsində seçicilərin mövqeyinə təsir edə biləcək amillər sosial, iqtisadi və geosiyasi təsnifatına görə fərqlənirlər. Məlumdur ki,Ermənistanın enerji təhlükəsizliyində, nəqliyyat və loqistika problemlərinin həllində, habelə ticari sövdələşmələrdə Rusiya və Avrasiya İqtisadi Birliyinin çəkisi Qərblə müqayisədə böyük və həlledicidir. Bu günlərdə Paşinyanın Moskvaya səfəri zamanı Rusiya prezidenti bu məsələlərə eyham etmiş və vurğulamışdır ki, Ermənistanın Avropa Birliyinə inteqrasiya olunmaq, bununla belə Rusiya və AİB-i ilə münasibətlərdən yararlanmaq istəyi geosiyasi anlamda Kremli məmnun etmir və Paşinyana iki vektor arasında seçim etmək təklif olunmuşdur. Hazırda Ermənistan Rusiyadan idxal etdiyi qazın hər min kub.m görə 177 dollar ödəyir, halbuki Avropanın Rus qazı üçün ödəmələri 570 dolları keçir və Ermənistana olan ismarıc da onun enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə yaşana biləcək problemlərlə bağlıdır. Rusiyanın Qərblə müqayisədə Ermənistanın sosial iqtisadi durumunda oynadığı rol, erməni qostarbayterlərinin Rusiya bazarları ilə bağlı maraqları, habelə iş adamlarının Rusiya biznes strukturları ilə münasibətləri, Ermənistan kənd təsərrüfatı məhsullarının əsas alıcısı olduğu Rusiya bazarları, erməni diasporasının Rusiya ilə tarixi əlaqələri seçkilərdə rusiya yönümlü müxalifətin xeyrinə işləyə biləcəyi faktorlar sırasına aid edilirlər. Bununla belə Paşinyanın əsas opponenti olan Rusiya yönümlü siyasi qüvvələr seçkilərə vahid blokda deyil, siyasi konteksdə pərakəndə vəziyyətdə qatılırlar. Bu faktor, habelə seçkilərdə Paşinyanın istifadə edə biləcəyi inzibati resurslar iqtidarın xeyrinə olan amillərdəndirlər.
Seçkilər ərəfəsində ABŞ a məxsus sorgu mərkəzlərinin Ermənistanlı respodentlər arasında keçirdiyi soğrular göstərir ki, hazırda Paşinyan 2018-ci ildən bəri seçicilər arasında ən aşağı etimada malikdir. Rəyi soruşulan 1071 respondentin 51,2%seçkilərə qatılacaqlarını bildirib, onlardan 24,3%Paşinyanın "Mülki muqavilə" partiyasına etimad göstərəcəyini bildirib, rəyi soruşulanların 13,4% Paşinyanın əsas rəqibi, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan", 7,3% Qarik "Çuqanyanın Çiçəklənən Ermənistan", nəhayət 5,5%-i sabiq prezident Koçaryanın "Hayastan ittifiqana" səs verəcəklərini bildiriblər. Sorğular göstərir ki, reytinqinin 2018-ci illə müqayisədə kəskin şəkildə aşağı düşməsinə baxmayaraq seçkilərin favoriti Ermənistanın baş naziri Paşinyandır. Müxalifətin seçkilərə vahid namizədlə qatıla bilməməsi narazı elektoratın səslərinin parçalanmasına səbəb olacaq ki, bu da Paşinyanın xeyrinədir, lakin bu səslər Paşinyana qələbə qazanmağa imkan verməyəcəyindən seçkilərin 2-ci turunun keçirilməsinə ehtiyac yaranacaq, növbəti mərhələdə isə geosiyasi güc mərkəzindən ola biləcək sifariş Rusiya yönümlü partiyaların erməni kilsəsinin dəstəyi ilə seçkilərə vahid namizədlə qatıla bilməsinə səbəb ola bilər. Bu halda Paşinyanın durumu ağırlaşacaq və onu bu durumdan çıxara biləcək ən ciddi faktor müxalifətin hakimiyyətə gələ biləcəyi halda əvvəlki müharibədə Ermənistan məğlub olduğu üçün revanş götürə biləcəyi ilə bağlı açıqlamalarından Paşinyanın müharibə əleyhdarlarını konsolidasiya etmək bacarığı ola bilər".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31