EN

İran və ABŞ arasında danışıqlar haqda mesaj mübadiləsi davam edir – Bəqai

Bakı. Trend:

İran və AbŞ arasında danışıqlarla əlaqədar mesaj mübadiləsidavam edir.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (15 aprel) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, 12 apreldə İran heyəti Tehrana qayıtdıqdansonra Pakistanın vasitəçiliyi ilə çoxlu sayda mesaj mübadiləsiolunub.

Bəqai bildirib ki, İranın mövqeyi tamamilə aydındır vəİslamabadda da bəyan olunub.

“Böyük ehtimalla İran Pakistan heyətinə ev sahibliyi edəcək.İslambadda baş tutan danışıqların davamı olaraq və Pakistantərəfinin ABŞ tərəfi ilə müzakirəsi əsasında danışıqlar aparılacaq.Ehtimal üzrə Pakistan heyətinin səfərində iki tərəfin baxışlarıhaqda müzakirə aparılacaq”, -deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Məqalədə:
Chosen
5
az.trend.az

1Sources