EN

Türkiyədə məktəbə silahlı hücum - 20 nəfər yaralanıb, ölən var

16:13 15.04.2026
16:13 15.04.2026

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

15:03

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib.

Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.

16.00

"TRT Haber”in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölənlərdən biri müəllim, digər üçü isə şagird olub. 


Chosen
17
1
mynews.az

3Sources