EN

“Komandada yeganə minamyot tuşlayıcısı idi” - şəhid Sadıqov Rəsul Həşim oğlu...



Səkinə nənə: “Komandir son sözünün nə olduğunu soruşanda şəhadət gətirib, şəhid olub”

Bizə zəfər bəxş edən Vətən oğullarının qəhrəmanlıq dastanlarını ilmə-ilmə, cümlə-cümlə toxuyuruq, hər birinin ömür dəftərini vərəqlədikcə Vətən sevdalı şərqilər oxuyuruq. Bu şərqilər şəhid oğulların qanı ilə cilalanıb canımıza, qanımıza hopub. Oğullar Vətəni qorumaq üçün canlarını qurban verdilər. Vətənə qurban oldular.

İgid ölər adı qalar

Ürəkərdə odu qalar...

Şəhidlik elə şərbətdir

Damaqlarda dadı qalar...

Vətən müharibəsində igidllik və mərdlik göstərərək Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sadıqov Rəsul Həşim oğlunun qısa, lakin mənalı ömür dastanı bir cəsurluq, qorxmazlıq simgəsidir. Azərbaycan xalqının tarixində qəhrəmanlarımız çoxdur, adlı və adsız qəhrəmanlarımız bu xalqın şərəf ünvanıdır. Qəhrəmanlarımızın öygüsünü dinləyərək böyüdü Rəsul, ulu babalarımızın yolu ilə gedəcəyinə söz verdi ürəyində. Şəhidliyə talib oldu doğulandan, ona doğru addım-addım yol getdi. Cəsur Rəsuldan qalan izlər heç zaman silinməyəcək, çünki o izlər bir qəhrəmana aiddir.

Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı qəsəbəsindədünyaya gəlib.

Rəsul Sadıqovun nənəsi Səkinə ana ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” çoxcildliyinin IV Sumqayıtda keçirilən təqdimat mərasimində tanış olub söhbətləşdik.

Rəsulun nənəsi dedi ki, qızım, Rəsulun anası vəfat etdiyi üçün bütün tədbirlərə o gedir. Nənə bildirdi ki, Rəsul 9 yaşından güləşlə məşğul olub, yarışlarda birincilik qazanıb, uğurlar əldə edib. “İmkansızlıqdan ali təhsil ala bilmədi”.

Rəsul 2019-cu ildə Goranboyda Ballıqaya ərazisində həqiqi-hərbi xidmətdə olub. Nənə bildirdi ki, nəvəsi atı üzrə birincilik qazanıb, fəxri fərmanlar alıb. Minamyot tuşlayıcısı olub. “Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatıldı. Ağdərə, Suqovuşan, Murov yüksəkliyi, Kəlbəcər, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştrak etdi. Erməni pozisiyalarını, silah-sursat anbarlarını məhv edib. Hərbi hissə komandirinin bildirdiyinə görə, Rəsul komandada yeganə minamyot tuşlayıcısı olub, manqa başçısı, döyüşü aparan ikinci şəxs olub.

Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak etdi. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn olunub”.

Nənə deyir ki, Rəsulun qardaşı Mirsalam da onun yolunu davam etdirir, idmana könül verib, qardaşının fəth etdiyi zirvələri fəth etmək niyyətindədir: "Ölümündən bir gün əvvəl axşam saat 11 olardı. Anasına zəng edib israrla deyib ki, qardaşımı oyat, onunla danışmaq istəyirəm. Danışbılar, sağollaşıblar. Oktyabr ayının 10-u şəhid oluu. Qarın nahiyəsindən dəyən qəlpə kürəyindən çıxmışdı. Komandirinin qucağında can verib. Komandir soruşub: "Rəsul, nəsə sözün var? Ağrıyırsan?". Rəsul deyib ki, hər şey yaxşıdır. Komandir son sözünün nə olduğunu soruşanda şəhadət gətirib, şəhid olub.

Ayın 10-u səhər anasıa zəng gəldi. Dedilər ki, Rəsul yaralanıb, şəhid olduğunu demədilər. Anası Yevlaxa getdi və orada bildi ki, oğlu şəhid olub. Allah həmin anı heç bir anaya qismət etməsin. Anası orada çox pis vəziyyətə düşdüb, amma bir anlıq özünü sakitləşdirib ki, oğlu Vətən uğrunda şəhid olub. Hər adama nəsib olmur o uca zirvə”.

Ölümündən sonra döyüşlərdə fəal iştrakına görə "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Nənə bildirdi ki, indi şəhidin anası da haqq dünyasındadır və nəvəsinin xatirəsini onlar yaşadır. Rəsulun həddən artıq vətənpərvər, cəsur bir oğul olduğunu deyən nənə qeyd etdi ki, nəvəsinin 19 yaşında haqqa yürüməsi ürəklərini dağlasa da, onun Vətən yolunda canını fəda etməsindən qürur duyurlar. Vətənpərvər, sakittəbiətli, hər kəsə hörmətlə yanaşan, yardımsevər oğlan olan Rəsulun xatirəsi heç zaman solmayacaq və hər zaman ətirli bahar çiçəyi kimi yaşayacaq…

Bir igid oğul getdi,

Həyatı yandı, bitdi.

Gül üstə bulbul ötdü

Şəhidlər heç vaxt ölməz

Ana Vətən bölünməz!

İradə SARIYEVA

Sumqayıt-Bakı

Chosen
14
baki-xeber.com

1Sources