EN

Köhnə 100 manatlıqlar dövriyyədən çıxarılır? Mərkəzi Bankdan açıqlama

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda pul tədavülündə yenilik gözlənilir. Mərkəzi Bank iyulun 15-dən etibarən yeni mühafizə sistemləri ilə təchiz olunmuş 100 manatlıq əskinasları tədavülə buraxır.Mərkəzi Bank-dan Demokrat.az-a verilən məlumata görə Yeni pul nişanlarının dövriyyəyə daxil olması ilə bağlı ölkə ərazisindəki nağd pul sistemlərinin, ödəniş terminallarının və bankomatların yeni banknotlara uyğunlaşdırılması işləri artıq start götürüb.Yeni pulların dövriyyəyə buraxılması köhnə əskinasların qüvvədən düşməsi mənasına gəlmir. Yenilənmiş 100 manatlıqlar hazırda istifadə etdiyimiz banknotlarla paralel şəkildə dövriyyədə olacaq. Vətəndaşlar ödənişlər zamanı həm mövcud, həm də yeni dizaynlı pullardan heç bir məhdudiyyət olmadan istifadə edə bilərlər. Bu proses əsasən saxtalaşdırma hallarının qarşısını almaq və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.Yəni, yeni 100 manatlıqlar gəlsə də, cibinizdəki köhnə 100 manatlıqlar hələ uzun müddət keçərli olacaq və ödənişlərdə qəbul ediləcək.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
demokrat.az

1Sources