EN

Şamaxı şəhərinin baş planı hazırlanır

Şamaxı, 15 aprel, AZƏRTAC

Şamaxı şəhərinin baş planının hazırlanmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş olunub.

Layihə ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində toplantı keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova və layihənin icraçısı olan “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov, Türkiyənin “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret Anonim Şirkəti”nin sahibi Hidayət Kandemir, İtaliyanın “Oneworks” şirkətinin idarəedici tərəfdaşı Leonardo Kavalli və digər nümayəndələr iştirak ediblər.

Toplantıda layihənin hazırlanması zamanı yerli tarixi memarlıq üslubunun və tarixi abidələrin qorunması, əhalinin və nəqliyatın rahat hərəkəti, eləcə də layihənin müasir şəhərsalma prinsiplərinə uyğunluğu müzakirə olunub.

Müxbir – Rəşad Türkoğlu

Chosen
11
1
azertag.az

2Sources