EN

Sankt-Peterburqda məktəblilərə döyüş bacarıqları öyrədilir

Sankt-Peterburqdakı məktəblilərə və texniki məktəb şagirdlərə döyüş texnikası öyrədilir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onlar "Zarnitsa 2.0" hərbi-vətənpərvərlik oyunlarında iştiraka cəlb olunurlar. 10 nəfərlik komandalara bölünın şagirdlər döyüş bacarıqları və dron əməliyyatları üzrə məşq edirlər.

Yarış "döyüş" dəstəsi formatında keçirilir və iştirakçılar əvvəlcədən məsuliyyətləri bölüşdürürlər: komandir, siqnalçı, istehkamçı, iki hücumçu, tibb işçisi, dron operatoru və müharibə müxbiri seçirlər. Təlimlərdə 5-11-ci sinif şagirdləri və texniki məktəb şagirdləri iştirak edirlər.

Hücumçulara xüsusi tapşırıqlar verilir: onlar cüt-cüt işləyir, hədəfləri vurur və mümkün qədər tez qumbara atırlar. "Sursat" tükənərsə və bəzi hədəflər vurulmaz qalarsa, komandanın balı azalır.

Komanda mərhələlərində yeniyetmələr sığınacaqlar tikməyi, yemək hazırlamağı, sursat üçün siqnal verməyi və döyüş zamanı necə hərəkət etməyi məşq edirlər.

"Müharibə müxbiri" kimi işləmək üçün xüsusi ballar qazanıla bilər: iştirakçılar müsabiqə haqqında Telegram və ya Max-da əvvəlcədən yaradılmış kanalda paylaşım etməlidirlər. Əlavə ballar abunəçilərdən gələn bəyənmələr və re-postlar, eləcə də paylaşımda mem istifadə etdikləri üçün verilir.

Bir sözlə, bir zamanlar, dinc dövrlərdə uşaqların öz aralarında oynadıqları “müharibə-müharibə”, “partizan-partizan” kimi sevimli uşaq oyunları artıq Rusiyada ciddi və təkmil şəkildə uşaqların müharibəyə hazırlanması üçün istifadə edilir.

Musavat.com

Chosen
19
16
musavat.com

10Sources