Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatına görə, 2025-ci il 9 oktyabrda Düşənbədə prezidentlər arasında əldə edilən razılaşmaya uyğun olaraq AZAL-a məxsus "Embraer 190" təyyarəsinin 2024-cü il 25 dekabrda Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlər, o cümlədən kompensasiya ödənilməsi razılaşdırılıb.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən deputat Fəzail İbrahimli bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, ayağını yerə bərk vurması və bu prosesin qabağında sözün həqiqi mənasında qətiyyətli bir mövqe nümayiş etdirməsi bu məsələnin həllinə rəvac verdi:
"Rusiya beynəlxalq hüquq normalarını bilən dövlətdir. Ümumiyyətlə, beynəlxalq hüquq normaları yoxdur. İndi beynəlxalq güc önə çıxır, beynəlxalq hüquq gücün yedəyində gedir. İndi kim qətiyyətlidir, mövqeyi var, öz sözünü deyə bilir və dövlətinin, rəhbərlik etdiyi ölkənin mənafeyini qoruya bilir, həmin insanlar dünya dövlətlərinin bu sırasında söz sahibidir. Rusiya da görürsüz də, neçə illərdir, bir ildən yuxarıdır vırnıxırdı. Müxtəlif səbəblər, filanlar irəli sürürdü, amma görəndə ki, Azərbaycan qətiyyətli mövqeyi var, bu mövqenin qabağında həqiqəti etiraf etməli oldu. Rusiya bu saat kövrək dövrünü yaşayır. Ukrayna bataqlığına düşüb. Dünyanın bu saat təlatümlü bir dövrüdür. Azərbaycanla münasibətləri korlamamaq üçün məcbur qalıb bu məsələni etiraf etməli oldu. Yəni Azərbaycan tərəfinin, Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi belə bir nəticəyə gəlməyə rəvac verdi".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.