EN

Bu ölkələrdə yaşayan azərbaycanlılara ŞAD XƏBƏR

Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - məlumatda bildirilib.

Eyni zamanda, Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin "X" hesabında məlumat paylaşılıb.

"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Chosen
36
4
yenisabah.az

5Sources