EN

"Beşiktaş" "Mançester Yunayted"in qapıçısı ilə anlaşdı

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır Super Liqaya qayıtmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" türkiyəli qolkiperi transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Altayla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qara qartallar" 28 yaşlı "əlcək sahibi" üçün İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 6 oyunda qapısında 11 qol görüb.

saytlarin hazirlanmasi

Chosen
19
1
sportal.az

2Sources