EN

Siyasi iradənin nəticəsi: Təyyarə qəzası ilə bağlı kompensasiya məsələsi həll edilir

ain.az bildirir, Baku.ws portalına istinadən.

"AZAL təyyarəsinin qəzası üzrə kompensasiya məsələsinin həll edilməsi, şübhəsiz ki, Azərbaycan dövlətinin prinsipial mövqeyinin nəticəsidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, cənab Prezident İlham Əliyev güclü siyasi iradə və strateji baxış ortaya qoyaraq, baş verən prosesləri nəzarət altında saxladı:

"Qeyd olunmalıdır ki, Düşənbədə iki dövlət başçısının görüşü nəticəsində əldə edilmiş razılaşmaya əsasən kompensasiyanın ödənilməsi də bu yanaşmanın məntiqi nəticəsi kimi çıxış edir. Bu isə bir daha göstərir ki, ən mürəkkəb problemlər belə qarşılıqlı anlaşma və siyasi dialoq şəraitində, qarşılıqlı hörmət əsasında həll oluna bilər".

"Bu prosesdə diqqət çəkən əsas məqamlardan biri də həm Azərbaycan dövlətinin, həm də Azərbaycan xalqının AZAL təyyarəsinin qəzası ilə bağlı kompensasiya məsələsində nümayiş etdirdiyi həmrəylik oldu. Məhz bu amil əldə olunan nəticədə mühüm rol oynadı. Ədalətin bərpası, məsuliyyətin təmin olunması və tam şəffaflığın əldə edilməsi məsələnin mərkəzində dayanan əsas prinsiplər idi. Azərbaycan siyasi iradə nümayiş etdirərək ədalətin bərpasına, məsuliyyətin təmin olunmasına və prosesin şəffaf şəkildə aparılmasına nail oldu. Təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması və ictimaiyyətə ətraflı məlumat verilməsi xüsusi həssaslıqla yanaşılan məsələlərdən biri kimi ön planda saxlanıldı. Azərbaycan heç bir mərhələdə öz prinsipial mövqeyindən geri çəkilmədi və milli maraqların qorunması istiqamətində ardıcıl addımlar atdı. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan hüququn aliliyinin təmin olunmasında prinsipial mövqeyə malik dövlətdir və vətəndaşlarının müdafiəsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır", - deyə müsahibimiz əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
baku.ws

1Sources