"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Topskills Sports UK" portalı məlumaat yayıb.
London klubu 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 90-100 milyon avroluq təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin yanvarında "Blekbörn"dən 21 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 7 qol ötürməsi edib.
saytlarin hazirlanmasi