EN

İran səfiri Ter-Petrosyanla evində 2 saat nə danışıb?

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İranla təmaslarını davam etdirir.

Musavat.com xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, aprelin 15-də sabiq prezident öz iqamətgahında İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib.

Təxminən iki saat davam edən görüş zamanı Ermənistan-İran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud olan isti münasibətlərin qorunub saxlanılması və daha da dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Məlumatda vurğulanır ki, müzakirələr zamanı münasibətlərin əsasının minilliklərə söykənən tarixi və “qardaş xalqlar” arasında formalaşmış ənənələr üzərində qurulduğu xüsusi qeyd edilib.

Qeyd edək ki, İranın ABŞ ilə müharibə şəraitində olduğu, Ermənistanda isə seçkiqabağı gərginlik yaşandığı dönəmdə səfirin keçmiş prezidentin sarayına getməsi və iki saat qapalı müzakirələr aparması suallar doğurur. Maraqlıdır, diplomat müxalifətdə olan sabiq prezidentə daha nələr söyləyib və hansı konfidensial məsələlər danışıqlar aparılıb... 

Cavanşir Abbaslı
Musavat.com

Chosen
25
1
musavat.com

10Sources