EN

Kapitan klubu ilə yeni müqavilə imzalamağa razılıq verdi - Dörd illik

“Yuventus”un yarımmüdafiəçisi və kapitanı Manuel Lokatelli klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmanın müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.

Hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədər olan 28 yaşlı oyunçu “Yuventus”la əməkdaşlığının müddətini daha iki il uzatmış olacaq.

İtaliyalı futbolçu cari mövsümdə A Seriyasında 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası hazırda 60 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Chosen
36
sportinfo.az

1Sources