İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurası hələ ki direktor vakansiyasını elan etməyib.
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yayım şurasının üzvü Azər Həsrət deyib.
O bildirib ki, hələ ki belə bir elan verilməyib:
“Qaydalara görə, belə bir elan verilməlidir, elan verildikdən sonra iddiaçılar öz ərizələrini təqdim etməlidirlər. Ərizələrə münasib qaydada baxılır, sonra da seçki keçirilir. Biz hələ ki onunla bağlı qərar verməmişik”.
A.Həsrət xatırladıb ki, hazırkı direktorun səlahiyyət müddəti may ayında bitir: