EN

Kerrik Mançester Yunayted də qalacaq? namizədlər arasında var

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mançester Yunayted" Maykl Kerrik ilə əməkdaşlığı davam etdirməyə hələ də açıqdır.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, 44 yaşlı mütəxəssis “Lids”ə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, növbəti mövsüm üçün baş məşqçi postuna namizədlərdən biri olaraq qalır.

Klub rəhbərliyi ümumilikdə Kerrikin işindən razıdır, onun yanaşması, komandanın liderləri və klubla münasibətləri yüksək qiymətləndirilir.

Bununla yanaşı, “Mançester Yunayted” daxilində yeni baş məşqçi ilə bağlı müzakirələr davam edir. Klub əvvəlcədən Kerrikə maksimumunu göstərməsini tapşırıb və paralel olaraq digər variantları da dəyərləndirir. Buna baxmayaraq, onun komandada qalmaq şansı hələ də mövcuddur.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
sportal.az

2Sources