PSJ-nin zədəli futbolçuları Nuno Mendeş və Dezire Duenin son durumu müəyyənləşib.
QOL.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində baş tutan "Liverpul"la oyunda (0:2) zədələnən hər iki futbolçu tibbi müayinədən keçirilib. Müayinələr nəticəsində Duenin dizində əzilmə aşkarlanıb və vəziyyətinin ciddi olmadığı bildirilib.
Mendeşin isə budun arxa əzələsində narahatlıq hiss etdiyi qeyd olunub. Baş məşqçi Luis Enrike zədənin ağırlaşmaması üçün oyunçunun yükünü yaxın matçlarda tənzimləməyi planlaşdırır.