EN

12 yaşlı məktəblilərin “bomba” zarafatının bədəlini valideynləri ÖDƏYƏCƏK – VİDEO

Kızılyurt rayonunda 12 yaşlı yeniyetmələr məktəbə bomba qoyulduğu barədə yalan məlumat yayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dağıstanın Kızılyurt rayonunda yaşayan 12 yaşlı yeniyetmələr Kızılyar şəhərindəki məktəblərdən birinə bomba qoyulması barədə polisə zəng ediblər.

Hadisə yerinə gələn polis əməkdaşları ərazini mühasirəyə alıblar. Məktəbin binası və ətrafı tam şəkildə yoxlanılsa da, heç bir şübhəli əşya və ya təhlükə aşkarlanmayıb.

Müəyyən edilib ki, məktəblilər bu yalan məlumatı vermək üçün sinif yoldaşlarından telefonlarını istəyiblər. Qız uşağı yeniyetmələrin niyyətindən xəbərsiz olaraq telefonu onlara verib.

O, polisin evinə gəlişi zamanı zəngin əsl məqsədini öyrənib.

Hazırda yeniyetmələr və onların valideynləri polis bölməsinə çatdırılıb. Hər iki yeniyetmənin valideynləri barəsində müvafiq protokollar tərtib edilib.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
54
interpress.az

1Sources