EN

BBC-də böyük İXTİSAR: 2000 nəfər İŞSİZ QALIR

BBC maliyyə problemlərinə görə 2000-ə yaxın əməkdaşını ixtisar edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Britaniyanın yayım korporasiyası BBC maliyyə çətinlikləri səbəbindən kütləvi ixtisarlara gedir. Şirkət 2000-ə yaxın əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Bu, BBC-nin heyətinin təxminən 10%-ni əhatə edəcək və son on ildən artıq müddətdə baş verən ən böyük ixtisar olacaq.

Qərar inflyasiya, gəlirlərin azalması və büdcəyə düşən təzyiqlərlə əlaqədardır. Şirkət bu addımla iki il ərzində təxminən 500 milyon funt-sterlinq (təxminən 1 075 000 000 manat) qənaət etməyi hədəfləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
57
interpress.az

1Sources