EN

Ərdoğan-Netanyahu qarşıdurması böyüyür: Ankara və Təl-Əviv açıq savaşa gedir?

Türkiyə ilə İsrail arasında münasibətlər yenidən sərtləşmə mərhələsinə keçib.

Musavat.com xəbər verir ki, gərginliyə səbəb Türkiyədə İsrailin 35 vətəndaşı, o cümlədən Baş nazir Benyamin Netanyahu ilə bağlı irəli sürülən ittihamlar və ardınca səslənən qarşılıqlı sərt bəyanatlar olub.

Türkiyə tərəfi Netanyahu və digər israilli rəsmilərə qarşı “insanlığa qarşı cinayətlər” və “soyqırımı” ittihamları ilə hüquqi proses başladığını açıqlayıb. Bu addım iki ölkə arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirib.

Buna cavab olaraq Netanyahu sosial şəbəkə hesabında Prezident Rəcəb Tayyib Ərdoğanı İranı dəstəkləməkdə və kürdlərin qətli ilə əlaqələndirməkdə ittiham edib. İsrail tərəfinin bu açıqlaması Ankarada sərt reaksiya doğurub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, İsrail İranla qarşıdurmadan sonra düşmənçilik siyasətini artıq Türkiyəyə qarşı da yönəldir və regionda yeni gərginlik xətti formalaşdırır.

Prezident Ərdoğan da çıxışında vurğulayıb ki, Türkiyə adi dövlət deyil və heç bir qüvvə Türkiyəyə və onun liderinə qarşı hədələyici ritorika işlədə bilməz.

Qəzzada davam edən əməliyyatlar və Əl-Əqsa məscidi ətrafında yaranan vəziyyət isə Türkiyə-İsrail münasibətlərində böhranın daha da dərinləşəcəyini göstərir.

 

Musavat.com

Chosen
57
musavat.com

1Sources