EN

İran neft satışında vasitəçilərdən imtina edib

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran uzun illərdir neft satışında istifadə etdiyi vasitəçi şəbəkədən imtina edib.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilib ki, qərar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “kölgə donanması” əməliyyatlarına nəzarət edən bir neçə nümayəndəsinin həlak olması ilə bağlıdır. Həmin strukturlar ABŞ və Avropa İttifaqının sanksiyalarından yan keçməyə kömək edirdi.

Qeyd olunur ki, İran əvvəllər Rusiya və Dubayda fəaliyyət göstərən treyderlər də daxil olmaqla geniş vasitəçi şəbəkəsindən istifadə edirdi. Bu şəxslər SEPAH nümayəndələri ilə əlaqəli olub və neftin məhdudiyyətlərdən kənar satılmasına şərait yaradırdı.

Məlumata görə, Malayziyada fəaliyyət göstərən bəzi neft emalı zavodlarının nümayəndələri “The Wall Street Journal”a bildiriblər ki, Malakka boğazı yaxınlığında gəmidən-gəmiyə neft ötürülməsini təşkil edən iki SEPAH rəsmisi ilə əlaqə kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
modern.az

1Sources