EN

İranla razılaşma üçün 3 şərt açıqladı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşma üçün üç əsas şərt irəli sürdüklərini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu bu barədə videomüraciətində bildirib.

O qeyd edib ki, ABŞ ilə bu məsələdə mövqeləri uzlaşır və tərəflər arasında sıx koordinasiya mövcuddur.

Baş nazirin sözlərinə görə, Vaşinqton İsraili İranla bağlı danışıqlar barədə mütəmadi məlumatlandırır.

Netanyahu razılaşma üçün əsas şərtləri belə sıralayıb: İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, uran zənginləşdirmə proqramının tam dayandırılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması.

O xəbərdarlıq edib ki, əgər hücumlar yenidən başlasa, İsrail bütün ssenarilərə hazırdır.

Diqqətçəkən məqamlardan biri isə onun əvvəlki açıqlamalarında yer alan İranın ballistik raket proqramının dayandırılması tələbinə bu dəfə toxunmamasıdır.

Netanyahu çıxışında Livan və Suriya istiqamətində həyata keçirilən hərbi əməliyyatlara da toxunub. O bildirib ki, İsrail ordusu Livanın cənubunda əməliyyatlarını davam etdirir və xüsusilə “Hizbullah”ın əsas dayaq nöqtələrindən biri kimi qiymətləndirilən Bint Cbeyl bölgəsinə fokuslanıb.

Bundan əlavə, İsrailin Livandakı əməliyyatları genişləndirərək, Suriya ərazisinə - Cəbəl əş-Şeyx istiqamətinə yönəltmək niyyətində olduğu bildirilib. Netanyahu bunu bölgədə yaşayan druz icmalarını qorumaq məqsədi ilə izah edib.

Eyni zamanda, İsrail rəhbəri Livanla aparılan birbaşa danışıqlara da toxunaraq, əsas hədəfin “Hizbullah”ın tərksilah edilməsi və uzunmüddətli sabitliyin təmin olunması olduğunu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
qafqazinfo.az

1Sources