EN

Pakistanlı feldmarşal Munir danışıqların təşkili üçün Tehrana gedib

BAKI, 16 aprel. TELEQRAF

ABŞ və İran arasında əsas vasitəçilərdən biri hesab olunan Pakistanın feldmarşalı Asim Munir danışıqların təşkili məqsədilə Tehrana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilir ki, yüksək rütbəli hərbçinin, eləcə də Pakistanın daxili işlər naziri Möhsin Naqvinin səfəri tərəflər arasında dialoqun bərpasına yönəlib.

Məlumata görə, nümayəndə heyəti uranın zənginləşdirilməsi ilə bağlı problemin həlli yollarını araşdırmağa və tərəfləri yaxınlaşmaya təşviq etməyə çalışacaq.

Qeyd edək ki, aprelin 15-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranla Vaşinqton arasında yeni danışıqlar raundunun konkret tarixlərinin hələ müəyyənləşmədiyini açıqlamışdı.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nüvə silahına sahib olmaq niyyətində olduğu halda İranla heç bir razılaşma imzalanmayacaq.

Chosen
29
teleqraf.com

1Sources