EN

ABŞ-də kommersiya xam neft ehtiyatları azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları 913 min barel azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatlara görə, ölkədəki kommersiya xam neft ehtiyatları bu dövrdə təxminən 913.000 barel azalaraq 463,8 milyon barelə düşüb.

Bazar gözləntiləri ehtiyatların təxminən 2,1 milyon barel artacağı ilə bağlı idi. Kommersiya inventarlarına daxil olmayan strateji xam neft ehtiyatları da 4,1 milyon barel azalaraq 409,2 milyon barelə düşüb.

Eyni dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 6,328 milyon barel azalaraq 232,9 milyon barelə çatıb.

ABŞ-ın gündəlik xam neft hasilatı 4-10 aprel həftəsində dəyişməz olaraq 13.596.000 barel səviyyəsində qalıb.

Digər tərəfdən, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 1.033 min  barel azalaraq 5.291 min  barelə düşüb, xam neft ixracı isə gündə 1.076 min barel artaraq 5.225 min  barelə yüksəlib.

Chosen
21
banco.az

1Sources