EN

““Günün səsi” 10 ildə peşəkar media nümunəsinə çevrilib” AQİL CAMAL

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

 “Türküstan” Media Qrupunun rəhbəri jurnalist Aqil Camal Gununsesi.info-nu 10 illiyi münasibətilə təbrik edib:

““Günün səsi” gözümüzün önündə böyüyən, 10 yaşı olmasına rəğmən, daha yaşlı və peşəkar resurslarla bir sırada dayanan media qurumudur. “Günün səsi” bu məsafəni yarandığın ilk vaxtlardan qət edib. Çünki, ənənəyə, operativliyə, peşəkarlığa, prinsipiallığa, eksklüzivliyə söykənən fəaliyyətin təməli əvvəldən də mövcud idi.

Təsisçi və baş redaktor Pərviz Həşimlinin mediaçılıq anlayışı mümkün reallıqlar çərçivəsində “Günün səsi”nin fəaliyyətində öz əksini tapıb. Hər zaman medianın dəyişməz qaydalarını tətbiq etməyə, xalq tribunası olmağa, plüralizmi təmin etməyə çalışan “Günün səsi”ndə bu missiya uğurlu alınır.

“Günün səsi”nin daha bir uğuru ictimai-siyasi mühitə yanaşmada obyektivliyi, tərəfsizliyi qorumağa çalışmasıdır. Bəzən bu yanaşma kimlərdəsə təəccüb və ya çəkingənlik yaratsa da… Cəmiyyət müstəqli, siyasi mənsubiyyəti olmayan, siyasi tərəflərə eyni məsafədə dayanaraq fəaliyyət göstərməli olan media örnəklərini sanki yadırğayıb.

“Günün səsi” bu örnəyi xatırladan bir modeldir. Bu baxımdan, “Günün səsi”ndən qorxmağa, çəkinməyə , ona tərəf kimi baxmağa lüzum yoxdur…

Pərviz Həşimlini və “Günün səsi”nin əzmli kollektivini – əziz dostlarımızı təbrik edirəm. “Günün səsi”nin gələcəkdə böyük media korporasiyasına çevrilməsini arzu edirəm!”

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
icma.az

1Sources