EN

Nailə İslamzadədən açıqlama: “Peşə etikası haradadır?”

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aparıcı Nailə İslamzadə mediada yayılan müsahibələrlə bağlı narazılığını ifadə edib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, uzun illər ərzində qazandığı etibar onun üçün sadəcə peşəkar uğur deyil, həm də sözə məsuliyyət və tamaşaçıya hörmət deməkdir.

Aparıcı vurğulayıb ki, bu yolu addım-addım, öz davranışı, çıxışları və prinsipləri ilə qurub və heç vaxt ucuz sensasiya və ya reytinq xatirinə sözünü dəyərdən salmayıb.

“Təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr… “Şişmə dodaqla aparıcılıq olmur” “Nailə İslamzadədən tikanlı sözlər” bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. Amma, oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir? Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir. Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir. Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir. Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma, eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu nə dərəcədə doğrudur? Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? Bəs peşə etikası, bəs sözün çəkisi? Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir. Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki, söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir”, – deyə o, həmçinin qeyd edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
5
icma.az

7Sources