EN

Nikbinlik artdıqca: Neft ucuzlaşır

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Evin İranla danışıqların mümkün bərpası ilə bağlı nikbinlik ifadə edən açıqlamaları fonunda qlobal neft qiymətləri bir qədər aşağı düşüb.

”Cebheinfo.az” bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Brent markalı xam neftin fyuçersləri 0,5% azalaraq barrel üçün 94,49 dollara, WTI isə 0,8% azalaraq barrel üçün 90,59 dollara düşüb.

Mənbələr danışıqlarda mümkün irəliləyiş əlamətlərini qeyd edirlər. Pakistan ordusunun baş komandanı Asim Munirin dialoqa qayıtmaq üçün Tehrana səfər etdiyi bildirilir.

Bu fonda Asiya bazarları yüksəlib. Cənubi Koreyanın Kospi indeksi təxminən 1,9%, Honq-Konqun Hang Seng indeksi 0,68% və Tayvanın Taiex indeksi 0,48% artıb.

Xəzər

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
cebheinfo.az

2Sources