EN

“Qala Sığorta” ipoteka əmlaklarının qorunmasında etibarlı təminat verir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Qala Sığorta” ASC vətəndaşların maliyyə təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmətlərini genişləndirməyə davam edir. Demokrat.az xəbər verir ki, şirkət tərəfindən təklif olunan ipoteka predmeti olan əmlakın sığortası həm müştərilərin, həm də kredit təşkilatlarının maraqlarını qorumağa yönəlib.Mütəxəssislərin sözlərinə görə, bəzən cəmi bir sığorta müqaviləsi insanın özünü ikiqat güvəndə hiss etməsi üçün kifayət edir. Xüsusilə, ipoteka ilə əldə olunan daşınmaz əmlak müxtəlif risklərlə, o cümlədən yanğın, təbii fəlakətlər, qəza və digər gözlənilməz hadisələrlə üzləşə bilər. Bu kimi hallarda sığorta təminatı əmlakın zədələnməsi və ya tam məhv olması nəticəsində yaranan maliyyə itkilərinin qarşısını almağa kömək edir.“Qala Sığorta” ASC-nin təqdim etdiyi ipoteka sığortası məhsulu əmlakın qorunmasını təmin etməklə yanaşı, kredit təşkilatlarının da risklərini minimuma endirir. Bu isə ümumilikdə maliyyə sistemində sabitliyin gücləndirilməsinə xidmət edir.Qeyd edək ki, şirkət müştərilərə operativ xidmət göstərilməsi üçün müxtəlif kommunikasiya vasitələri təqdim edir. Ətraflı məlumat almaq istəyənlər *4000 “Qaybar xətt” nömrəsi ilə əlaqə saxlaya və ya Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisə müraciət edə bilərlər.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
demokrat.az

1Sources