EN

“Qarabağ” – “Sabah” matçına doğru: Kimdir favorit?

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ” “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, çempionluq mübarizəsi aparan iki komandanın görüşü öncəsi matçın favoriti açıqlanıb. Belə ki, bukmeker kontorları oyunda Ağdam klubunun qələbə şansını yüksək görüb.

Matçda “Qarabağ”ın qalibiyyətinə 1.98, “Sabah”ın qələbəsinə 3.52 əmsal təyin edilib. Görüşün heç-heçə bitmə ehtimalı isə 3.2 olaraq dəyərləndirilib.

Xatırladaq ki, “Qarabağ” – “Sabah” qarşılaşması ayın 18-də, saat 19:30-da start götürəcək.

Chosen
17
idmanxeber.az

1Sources