EN

Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"

"Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizin kapital bazarına minlərlə yeni investor cəlb etməkdir."

Bunu Marja.az-a müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirirb.

Bankın sədri vurğulayıb ki, əsas məqsəd ölkəmizin kapital bazarını əlavə alətlərlə dəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdir ki, daimi aktivlik olsun:

"Martda fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan, investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinə getdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərin əlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABB istiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən, cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528 investor ABB istiqrazlarına sahib oldu".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 

Chosen
5
1
marja.az

2Sources