EN

Siqaret çəkənlərin hesabına BENZİN UCUZLAŞACAQ Almaniyada yeni QƏRAR

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyanın hakim koalisiyası enerji daşıyıcılarının yüksək qiymətlərinin mənfi təsirini yumşaltmağa yönəlmiş tədbirlər paketini razılaşdırıb.Bizim.Media TASS-a istinadla xəbər verir ki, benzin və dizelə tətbiq olunan aksizlər tütün məhsullarına fiskal yığımın artırılması hesabına azaldılacaq.

 

Həftəsonu hakim koalisiyanın nümayəndələri enerji böhranına qarşı tədbirlər və daxili mübahisə predmetinə çevrilmiş islahat proqramı ilə bağlı danışıqlar aparıblar. Tərəflər yaxın iki ay ərzində benzin və dizel üzrə aksizlərin müvafiq olaraq 65 və 47 avrosentdən 17 avrosent azaldılması barədə razılığa gəliblər.

Almaniya kansleri Friedrich Merz bazar ertəsi danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, bu addım avtomobil sahibləri və xüsusilə iş fəaliyyəti ilə əlaqədar tez-tez nəqliyyat vasitəsindən istifadə edən müəssisələr üçün vəziyyəti sürətlə yaxşılaşdıracaq.Onun sözlərinə görə, bu tədbirlər həm işçilərə, həm də işəgötürənlərə şamil olunur.Bundan əlavə, hakim koalisiya işəgötürənlərə əməkdaşlara vergidən və sosial ödənişlərdən azad olunan 1000 avro məbləğində mükafat verməyə icazə verəcək. Əmək naziri Bärbel Bas qeyd edib ki, bu tədbirlər istehlakçılara və özəl şirkətlərə ümumilikdə 1,6 milyard avro qənaət etməyə imkan verəcək.Büdcə itkiləri isə tütün məhsullarına aksizin artırılması hesabına kompensasiya olunacaq. Maliyyə naziri Lars Klingbeil bildirib ki, itirilən gəlirlər artıq 2026-cı ildən etibarən tütün aksizinin artırılması ilə bərpa ediləcək. Koalisiya daha əvvəl də tütün aksizinin artırılmasını planlaşdırırdı və bu islahatın əsas məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsini gücləndirmək kimi göstərilirdi.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
bizim.media

2Sources